Əməliyyat-axtarış fəaliyyətinin ədalətli müdafiə hüququnun təmin edilməsində yeri və rolu - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2023

Açıqlama:

Təqdim edilən məqalədə cinayət prosesinin qanunçuluq və ədalətli müdafiə hüququ kimi mühüm prinsiplərinin həyata keçirilməsində əməliyyat-axtarış fəaliyyətinin imkanlarından istifadənin bəzi problemləri araşdırılır. Əməliyyat-axtarış və prosessual qanunvericiliyin tələblərinə cavab verən əməliyyat materiallarından sübut kimi istifadə edilə bilər ki, bu da öz növbəsində obyektiv olaraq yuxarıda göstərilən prinsiplərin həyata keçirilməsinə xidmət edir. Müəllifin fikrincə, bu problem ilk növbədə öz həllini əməliyyat-axtarış fəaliyyətinin gedişində əməliyyat-axtarış qanunvericiliyinin tələblərinə ciddi riayət edilməsində tapır. Çünki bu tələblərə əməl edilməməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən onlardan cinayət prosesində istifadə edilməsini mümkünsüz edir. Məqalədə həmçinin əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair bir sıra təkliflər də öz əksini tapmşdır.


Müəllif : B.M.Əsgərov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir