Əməliyyat-axtarış fəaliyyətinin səciyyəvi xüsusiyyətlərindən biri bu fəaliyyətin əksər hallarda qeyri-aşkar üsullarla həyata keçirilməsidir. Belə halda əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılması üçün çox vaxt vətəndaşların konstitusion hüquq və azadlıqlarının məhdudlaşdırılmasına zərurət yaranır. Bunun nəticəsində bir çox ağır və xüsusilə ağır cinayətlərin qarşısının alınması, törədilmiş cinayətlərin açılması təmin olunur.
Qiymətləndir