Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi yeni təfəkkürün formalaşması və inkişafı, ölkənin daxili və xarici siyasətində, o cümlədən hüquq-mühafizə fəaliyyətində köklü dəyişikliklər aparılması və sivil dövlətlərə müvafiq olaraq təkmilləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bütün bunlar nəzərə alınaraq dövlət tərəfindən həyatın bütün sahələri üzrə elmi, hüquqi və təcrübi baxımdan əsaslandırılmış, müvafiq proqramlar əsasında islahatlar aparılır. Bunlardan biri də təhsil sistemində olan islahatlardır və onun əsas məqsədi beynəlxalq standartlara uyğun, geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək peşə hazırlığına malik, xalqına, vətəninə sadiq mütəxəssislər, işçilər, alimlər pleyadası yaratmaqdır ki, bu da təhsil sistemi qarşısında çox vacib və aktual vəzifələr irəli sürür.
Qiymətləndir