TRİPS (əqli mülkiyyət hüquqlarının ticari məsələlərinə dair saziş) sazişi əqli mülkiyyət hüquqları haqqında mühüm qaydaları müəyyənləşdirən ÜTT-nin sazişlərindən biridir. ÜTT-yə üzv olan ölkələr tərəfindən 1986-cı ildən başlayaraq əqli mülkiyyət hüquqlarına dair saziş imzalanması nəzərdə tutulsa da, danışıqlar 1994-cü ilə qədər davam etmiş və yalnız 15 aprel 1994-cü ildə Mərakeşdə TRİPS sazişi imzalanmışdır. Saziş 1 yanvar 1995-ci ildə qüvvəyə minmişdir. Bu Saziş Ümumdünya Ticarət Təşkilatının yaradılması haqqında Mərakeş Sazişinin 1C saylı Əlavəsidir.
Qiymətləndir