“İnsan Hüquqlarının Beynəlxalq Standartları” terminoloji konstruksiyasının definisiya və anlaşılma problemləri - Nəqliyyat Hüququ jurnalı № 1 2018

Açıqlama:

Məlum olduğu kimi, beynəlxalq hüququn norma və prinsipləri ictimai mü nasibətlərin tənzim olunmasında mühüm əhəmiyyətə malikdir. İnsan və vətəndaş hüquq və azadlıqlarından söhbət gedən hallarda, habelə onların qorunması və müdafiəsi ilə bağlı məsələlərdə beynəlxalq hüququn norma və prinsipləri labüd olaraq müzakirə müstəvisinə çıxarılır. Çünki insan hüquqlarının standartları məhz beynəlxalq hüquq normalarında öz formal əksini tapmışdır. Bundan baş qa, müəyyən hallarda beynəlxalq hüququn müvafiq normaları müxtəlif subyektiv hüquq və azadlıqların meydana çıxması üçün əsaslar yaradır və bunlara uyğun hüquqi öhdəlikər doğurur.


Müəllif : Anar Bağırov - Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun doktorantı, hüquq elmləri üzrə fəlsəfə doktoru.
Nəşr tarixi : 2018
Yüklənmə sayı : 21

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir