Ötәn il әrzindә mәhkәmә-hüquq sisteminә müsbәt ictimai vә beynәlxalq imic qazandıran mütәrәqqi yeniliklәrә imza atılmışdır. Avropa Şurası Nazirlәr Komitәsi vә Avropa İnsan Hüquqları Mәhkәmәsinin Qәrarlarının İcrası Departamentinin 1475- ci iclasında (sentyabr 2023-cü il) Azәrbaycanla bağlı hesabatında GRECO tövsiyәlәrinә cavab verәn qanunvericiliyә edilmiş bu son dәyişikliklәr yüksәk qiymәtlәndirilmişdir. Artıq müasir cәmiyyәtin sürәtlә dәyişdiyi vә mәhkәmә sistemlәrinә tәsir etdiyi bir dövrә uyğunlaşmağımız üçün islahatlar çәrçivәsindә növbәti addım olaraq, Süni İntellektin tәtbiqi zәrurәti yaranmışdır.
Qiymətləndir