“Məhkəmə həqiqətin müəyyən edilməsini təmin etməlidir” konstitusion vəzifəsi və onun cinayət prosesində həyata keçirilmə hədləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

Həqiqətin fəlsəfi anlayış əxlaqi-mənəvi dəyərlərin də əsasında durmuş, hüquq elmləri sahəsinin xüsusi məsələsi statusu qazanmış, hüquq fəlsəfəsinin və hüququn əsas məsələsinə çevrilmişdir. Hüquq nəzəriyyəsi həqiqətin müəyyən edilməsini ədalətin bərqərar edilməsində onun müəyyən edilməsinin mümkün olması ilə əlaqəndirirlər. Bu mənada müxtəlif elmi tədqiqatlarda həqiqətin fəlsəfi anlayışından istifadə edilir. Həqiqətin müəyyən edilməsi cinayət mühakimə icraatının vəzifələrinin yerinə yetirilməsinin əsasında durur. Bu mənada tədqiqatın mürəkkəbliyi aşkardır. Hesab edirik ki, cinayət prosesində həqiqət problemini araşdırarkən əvvəlcə həqiqət probleminin cinayət prosesindəki yerini müəyyənləşdirmək lazımdır. Bunun üçün bir sıra suallar cavablandırılmalıdır: həqiqətin müəyyən edilməsi məsələsinin cinayət prosesinin təyinatı, yönəldiyi hədəf, cinayət mühakimə icraatının məqsədi baxımından və ümumiyyətlə cinayət prosesində yeri, rolu, əhəmiyyəti nədən ibarətdir?


Müəllif : Aygün Cəbiyeva - Bakı Dövlət Universitetinin doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 10

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir