“Təcavüz” anlayışı ilə özünümüdafiə hüququnun əlaqəsi problemi - Nəqliyyat Hüququ jurnalı № 1- 2018

Açıqlama:

Məqalədə özünümüdafiə hüququnun “təcavüz” anlayışı ilə əlaqəsi tədqiq edilmişdir. Müasir beynəlxalq hüquq özünümüdafiəyə əks-tədbirlərin bir növü kimi baxır. Müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən, təcavüzdən özünü müdafiə etmək ümumilikdə dövlətin hüquq və maraqlarının müdafiəsi vasitəsini təşkil etmir. Yalnız ən ağır beynəlxalq cinayətə cavab olaraq təşəbbüs edilən məcburi ölçü kimi çıxış edir. Buna rəğmən, təcavüzdən özünümüdafiə həm faktiki, həm də hüquqi olaraq geniş hüquq bərpaedici və hüquq təminedici məqsədlərə malik olan beynəlxalq hüquqi sanksiyasıdır. Özünümüdafiədə hərəkətlərin xarakterini qabaqcadan müəyyən edən bu hədəflər ümumi şəkildə silahlı hücumun əks edilməsinə yaxınlaşır. Pozulmuş sülh və qanun-qaydanın bərpasının təminatına və təcavüzkar dövləti təcavüzkar müharibə üçün məsuliyyət daşıdığı öhdəlikləri yerinə yetirməyə məcbur etməyə xidmət edir.


Müəllif : Fidan Xudiyeva - AMEA Hüquq və İnsan haqları İnstitutunun dissertantı.
Nəşr tarixi : 2018
Yüklənmə sayı : 20

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir