“Toxunulmazlıq hüququ” anlayışının Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən açıqlaması

Açıqlama:

İnsan və vətəndaşın hüquq və azadlıqları beynəlxalq sferada daim diqqət mərkəzində olan məsələdir. Bütün ölkələrin konstitusiyalarında insan və vətəndaşların hüquq və azadlıqları təsbit olunaraq onların əhəmiyyəti ön plana çıxmışdır. Konstitusiyada təsbit olunan bu hüquqlar və azadlıqlar müxtəlif təsnifatlara aid edilirlər: şəxsi hüquqlar, siyasi hüquqlar, sosial, iqtisadi və mədəni hüquq və azadlıqlar. Şəxsi hüquq və azadlıqlar içərisində müasir dövrümüz üçün toxunulmazlıq hüququ həddindən ziyadə əhəmiyyətlidir və ən çox təqibə məruz qalan hüquqlar hesab edilə bilər. Bu səbəbdən də sözügedən hüquqlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Şəxsiyyət əleyhinə olan cinayətlər” adı bölmənin 21-ci fəsli ilə qorunmaqdadır. “İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər” adlanan fəsildə konstitusiyada nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının pozulmasına görə məsuliyyət müəyyən olunur. Burada 4 maddə toxunulmazlıq hüququna həsr olunmuşdur.


Müəllif : Nuridə Əlizadə
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 305

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir