Azərbaycan Respublikasında 2012-2023-cü illərdə törədilmiş dövlət hakimiyyəti əleyhinə olan cinayətlərin kriminoloji tədqiqinin aktual problemləri - Azərbaycan Vəkili Jurnalı №24 (2024)

Açıqlama:

Məqalədə 2012-2023-cü illər ərzində törədilmiş cinayətlərin strukturunda dövlət hakimiyyəti əleyhinə olan və əvvəlki on ilə nisbətən daha da artan cinayətlərlə bağlı göstəricilərin dinamikası şərh edilir, eyni zamanda hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə cinayətlərinin vəziyyətinə və səviyyəsinə təsir göstərən ümumi və xüsusi amillər təhlil edilir. Müəllif qeyd edir ki, kriminoloji baxımdan neqativ, anti-ictimai yönümlər öz-özünə meydana gəl-mir və onlar mənşə etibarilə sosial köklərə malikdir, fərdin onu əhatə edən makro və mikro mühitlə ünsiyyəti prosesində təşəkkül tapır. Məqalədə hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə cinayətlərinin xəbərdar edilməsi üzrə xüsusi tədbirlər qismində aşağıdakı tədbirlərin görülməsinin zəruriliyi irəli sürülür: hakimiyyət nümayəndələrinin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsi, ekstremal vəziyyətlərdə onların qanun çərçivəsində qətiyyətli hərəkət etmək vərdişlərinin möhkəmləndirilməsi, media ilə əlaqələrin gücləndirilməsi və genişləndirilməsi, əhalinin nəzərində hakimiyyət nümayəndələrinin nüfuzunun yüksəldilməsində onların imkanlarından istifadə edilməsi, cinayət qanunvericiliyinin təkmilləşdirilməsi.


Müəllif : Yunis İsmayilov
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 22

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir