Ailə məişət zorakılığını yaradan səbəblər və ona qarşı mübarizə tədbirləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №3 (2022)

Açıqlama:

Sivilizasiya yarandığı vaxtdan hazırki günədək onun tərkib hissəsini təşkil edən insan müəyyən sosial mühitdə formalaşaraq cəmiyyətə adaptasiya olunur. İnsanın formalaşmasının əsas sosial mühiti ailədir. İnsan məhz “kiçik dövlət” adlandırılan və cəmiyyətin əsas elementi olan ailə mühitində boya-başa çatır, inkişaf edir, ona vətən və yurd sevgisi, milli-mənəvi dəyərlər və mentalitet aşılanır. Təbii ki, cəmiyyətinə və xalqına layiq, ailəsinə sadiq, vətənpərvər və sağlam insanın yetişməsi əsasən sağlam ailə mühitindən asılıdır. Çünki, məhz həmin mühitdə o, göstərilən xüsusiyyətlərə malik ola bilər. Sağlam olmayan mühitdə inkişaf edən, ailə-məişət zorakılığı şəraitində formalaşan insan sosial-psixoloji problemlərə malik olur, cinayət törətməyə meyilli olur və cəmiyyətdən təcrid olunur. Ailə-məişət zorakılığı halları əsasən uşaqların gözü qarşısında baş verir və onların yaddaşında dərin izlər buraxır. Qeyd olunan məqam və ailələrdə baş verən məişət zorakılığı faktları gələcəkdə daha ağır cinayətlərin törədilməsinə, cəmiyyətin mühüm dayaqlarının sarsılmasına və digər sosial bəlalara səbəb olur.


Müəllif : Fuad Babaşov - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Milli Aviasiya Akademiyasının doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 6

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir