Ailə mediatorunun fəaliyyətində Azərbaycan Respublikası Qanunvericiliyi və xarici ölkələrin hüquq təcrübəsinin mediasiyası -Bakı Dövlət Universiteti Tələbə Hüquq jurnalı Buraxılış:8 2022

Açıqlama:

Məqalədə mediasiyanın Azərbaycan Respublikasının ailə qanunvericiliyində və onunla əlaqəli hüquq təcrübəsində tətbiqi ilə bağlı münasibətlər ətraflı və kompleks şəkildə araşdırılmışdır. Daha sonra ailə mediatorunun mediasiya prosesindəki rolu, onun hüquq və vəzifələri, ailə mediasiya prosesinin aparılma qaydası, xarici ölkələrdə ailə mübahisələrinin həlli zamanı mediatorun fəaliyyətinə nəzər salınmışdır. Həmçinin məqalənin əsas məqsədi mövzu üzrə ailə mediasiyasında mediatorun rolu ilə bağlı fikir müxtəlifliklərinin təhlil edilməsi, mediasiya haqqında mövcud qanunvericiliyin modifikasiyası, ailə mübahisələri üzrə mediasiya prosesinin həyata keçirilməsi üçün elmi və praktiki bazanın təkmilləşdirilməsidir. Mediatorluğa namizədlərin hazırlıq və ixtisasartırma kurslarından keçmə qaydaları üzrə Azərbaycan Respublikasının qanunvericiliyindəki boşluqlar xarici ölkələrin hüquq praktikası üzərindən müqayisəli şəkildə təhlil olunmuşdur. Bundan əlavə, mediatorların qərəzsizliyi prinsipinin qorunub saxlanılması məqsədilə onların fəaliyyətində müəyyən məhdudlaşdırılmanın aparılması təklif edilmişdir. Araşdırma nəticəsində əldə edilmiş məlumatlar mediasiya ilə bağlı ailə qanunvericiliyinin təkmilləşdirilməsində, eləcə də bu sahədə yeni fəaliyyətə başlamış mütəxəssislərin və ixtisaslaşmış kadrların hazırlığının artırılmasında istifadə oluna bilər.


Müəllif : Əkrəm Ələsgərov
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 8

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir