Müasir beynәlxalq hüquq doktrinası: anlayışı vә formalaşması - Nəqliyyat Hüququ jurnalı 2025 №1

Açıqlama:

Mәqalәdә müәlliflәr tәrәfindәn şәrh olunur ki, müasir dövrdә dövlәtlәrarası beynәlxalq münasibәtlәrin әsas vә başlıca iştirakçıları hakimiyyәt subyekti olan dövlәtlәrdir. Azәrbaycan Respublikasınında iştirak etdiyi belә münasibәtlәr iqtisadi, xarici әlaqәlәr, insan hüquqları, humanitar, ekologiya, dәnizdәn, hava mәkanından vә kosmik fәzadan istifadә olunması, hәmçinin cinayәtkarlıqla mübarizә aparılması vә digәr sahәlәrdә yaranır. Göstәrilәn bu vә digәr kompleks münasibәtlәr, şübhәsiz, müәyyәn hüquq sistemi vasitәsilә tәnzimlәnir vә öyrәnilir ki, ona beynәlxalq hüquq elmi, başqa sözlә, beynәlxalq hüquq doktrinası deyilir. Eyni zamanda, qeyd edilir ki, beynәlxalq hüquq çoxaspektli anlayışdır vә elmi dövriyyәdә dörd әsas mәnada işlәdilir: obyektiv mәnada beynәlxalq hüquq; qanunvericilik mәnasında beynәlxalq hüquq; elmi mәnada beynәlxalq hüquq (doktrina); tәdris fәnni mәnasında beynәlxalq hüquq (tәdris kursu).


Müəllif : Etibar Əliyev, Anara Hacıbәyli
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 34

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir