Aparteid anlayışı və tarixi - ELSA Azərbaycan - Hüquq jurnalı №1 2016

Açıqlama:

Dünyada baş verən bir çox regional mübarizələrin və ya qarşıdurmaların mənbəyində müxtəlif irqlər arasında hökm sürən düşmən və əksmövqeli münasibətlər dayanır. Bir çox ölkələrdə hələ də davam edən və çoxsaylı insanın ölümü ilə nəticələnən fərqli irqlərin bir - birinə qarşı təcavüzkar siyasətinin səbəbi məhz “soy qoruyuculuq”, yəni daha dəqiq desək, “irqçilik”dir. Bu məfhum özündə bir irqin digərindən müəyyən əlamətlərə görə üstün olmasını, üstün olanın digərinə qarşı mərhəmət, hörmət, qayğı bəsləməsinin lüzumsuz olduğunu, hətta müxtəlif irqlərin nümayəndələrinin bir yerdə olmasının belə səhv olacağı ehtiva edir, lakin bu mövqe son dərəcə qeyri-insani bir yanaşma tər- zidir. Çünki bu anlayışa görə fərqli xalqların var olmalarına ehtiyac yoxdur və bütün “fərqli olanlar” aradan qaldırılmalıdır. Ən azından cəmiyyətdəki neqativ halların aradan qaldırılmasında irqçiliklə mübarizənin mühüm əhəmiyyəti vardır. Əvvəldə də qeyd etdiyim kimi, müasir dövrdə dünyanın bir çox ölkələrində irqi ayrıseçkiliyin yaranması bir çox insan ölümlərinə, cinayətlərin meydana gəlməsinə səbəb olur ki, bu məsələlərə daha sonra toxunacağıq.


Müəllif : Aydan Ağazadə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Hüquqşünaslıq ixtisasının bakalavr tələbəsi
Nəşr tarixi : 2016
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir