Apellyasiya instansiyasi məhkəmələrində mülki işlərə baxilmasinin əsas cəhətləri - Elmi əsərlər. İctimai elmlər seriyası jurnalı №1 2024

Açıqlama:

Birinci instansiya məhkəməsində icraat hüququn müdafiəsi aktı - ədalət mühakiməsi qərarının qəbul edilməsi ilə başa çatdırılan hər hansı iş üzrə əsas və məcburi mərhələdir. Lakin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı mümkün məhkəmə səhvlərini, yanlışlıqlarını, eləcə də çıxarılmış qərarla razılaşmamağı, mübahisənin məhkəmə tərəfindən düzgün həll edilməsinə, onların hüquqlarının və qanuni mənafelərinin lazımınca qorunmasına dair tərəflərin şübhələrini istisna etmək olmaz. Prosessual qanun maraqlı şəxslərə məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrinə şikayət etmək hüququ verir. Məhkəmə qərarlarından şikayət verilməsi və yoxlanılması üsullarına uyğun olaraq mülki proses yoxlama mərhələləri üzrə inkişaf edir. Yuxarı instansiya məhkəmələrində icraat mülki məhkəmə icraatının ümumi məqsədlərinə nail olmağa, ədalətli məhkəmə qərarlarının qəbul edilməsinə, mümkün məhkəmə səhvlərinə qarşı hüquqların və qanuni mənafelərin lazımi məhkəmə müdafiəsini təmin etməyə xidmət edir.


Müəllif : İsmayıl Qəribli - NDU
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 13

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir