Avropa İnsan Hüquqları Məhkəməsinin Müraciət Qaydaları Və Şikayətlərə Baxılma Mexanizmi - ELSA Azərbaycan - Hüquq jurnalı №3 2018

Açıqlama:

Bu məqalədə müəllif insan və vətəndaşın hüquq və azadlıqlarının qorunmasının beynəlxalq təcrübəsindən bəhs edir. Bu məqsədlə Avropa İnsan Hüquqları və Azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müvafiq maddələri, o sıradan razılığa gələn yüksək tərəflərdən hakimin müəyyənləşdirilməsi, şikayətlərə baxılmaq qaydaları, şikayətlərin əsaslandırılması və şərtləri şərh edilir. Məqalədə Avropa İnsan Hüquqları Məhkəməsində fərdi şəxslərin müraciətlərinə və dövlətlərarası id- dialara baxılmaq prosedurları, o sıradan müraciət qaydaları və tələbləri aydın və izahlı formada təsvir olunur. Hər iki halda ərizəçinin və məhkəmənin hüquq və səlahiyyətləri araşdırılır. Eyni zamanda dövlətlərarası iddialara baxılma qaydası ilə fərdi şikayətlər arasında müraciət prosedurlarının oxşar və fərqli cəhətlər aşkara çıxarılır. Məqalədən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayanlar, müraciət prosedurlarını öyrənmək həvəsində olanlar və eyni zamanda hüquq sahəsində təhsil alanlar faydalana bilərlər


Müəllif : Bayramova Zhala Qubad Bachelor degree student of Law Faculty, Baku State University
Nəşr tarixi : 2018
Yüklənmə sayı : 23

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir