Avropa İttifaqında azad ticarət zonalarının hüquqi tənzimlənməsinin xüsusiyyətləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

Aİ-də “azad zonalar” “İttifaqın gömrük ərazisi daxilində qeyri-üzv dövlətlərin mallarının idxal rüsumları, digər rüsumlar (yəni vergilər) və kommersiya siyasəti tədbirləri olmadan idxal oluna biləcəyi qapalı ərazilər” kimi müəyyən edilir. [4] Bununla belə, bu azad zonalarda daha liberal ticarət qaydalarının tətbiq edilməsi özlüyündə əsas məqsəd deyil. Bu tədbirlər həyata keçirildiyi bölgənin iqtisadi və sosial inkişafına kömək etmək məqsədi daşıyır.[8] Bu məqsədlə gömrük tənzimləmələri ilə bağlı güzəştlərdən əlavə, azad zonalarda dövlət orqanları tərəfindən bir çox digər təşviqlər, o cümlədən vergidən azadolmalar, sadələşdirilmiş inzibati prosedurlar, sadələşdirilmiş gömrük qaydaları və infrastrukturun təmin edilməsi kimi bir çox digər tədbirlər həyata keçirilir [8; s 2]. Aİ-də bir çox Üzv Dövlətlərin ərazisində azadticarət zonaları daxil olmaqla azad zonalar mövcuddur. Məsələn, 1959-cu ildə İrlandiyada yaradılmış Şennon azad zonası, 1980-ci ildə Portuqaliyada yaradılmış Madeyra azad zonası, Polşada fəaliyyət göstərən on dörd azad zona və s.


Müəllif : Nicat Cəfərov - Bakı Dövlət Universitetinin “Beynəlxalq xüsusi hüquq” kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 7

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir