Avtomobil travmaları zamanı küt kəllə-beyin travmalarının biomexaniki xüsusiyyətlərini nəzərə almaqla müasir müayinə metodlarından istifadə edərək onların məhkəmə-tibbi baxımdan qiymətləndirilməsi - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2024

Açıqlama:

Bakı şəhərində Kliniki Tibbi Mərkəzin (KTM) neyrotravma şöbəsinə 2021-2022-ci ilin 6 ayı ərzində daxil olmuş zərərçəkənlərin xəstəlik tarixləri və həmin xəstəlik tarixlərinin içərisində olan müasir müayinə metodlarının nəticələri təhlil edilərək öyrənilmişdir. Aparılan araşdırmalar və xəstəlik tarixlərinin tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, şöbəyə daxil olan və kəllə-beyin zədələnməsi ilə olan zərərçəkənlərin əksəriyyətində 97 zərərçəkmişdən 70-də kompüter tomoqrafiya müayinəsi aparılmışdır. Həmin müayinələr klinik diaqnozun düzgün və dəqiq müəyyən edilməsinə, eləcə də xəsarətlərin törənmə mexanizminin aydınlaşdırılmasına kömək edərək, rəyin obyektiv verilməsinə və ekspertizanın keyfiyyətinin yüksəlməsinə imkan yaradacaqdır.


Müəllif : Ələkbərov E.İ.
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 122

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir