1995-ci ildə ümumxalq səsverməsi yolu ilə suveren dövlətin ilk Konstitusiyası qəbul edilmiş, Azərbaycan dünya birliyinin bərabərhüquqlu dövlətləri sırasına daxil olmuşdur. Bundan sonra respublikamız özünün əsaslı tarixi irəliləyiş dövrünə qədəm qoymuşdur. Ölkəmizin siyasi-iqtisadi və sosial-mədəni həyatında baş verən dəyişikliklərin qanuni nəticəsi olaraq qəbul edilən yeni Konstitusiyada respublikamızın müstəqilliyinin qorunub möhkəmləndirilməsinə, dövlətçiliyin inkişafına, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi diqqət ayrılmışdır.
Qiymətləndir