Oxuculara təqdim olunan “Azərbaycanda dövlətçilik və onun rəmzləri” kitab-albomu Azərbaycan Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə nəşr edilir. Burada toplanılan və e.ə. III minillikdən başlayaraq 5 min illik tarixi dövrü əhatə edən materiallar Azərbaycan ərazisində dövlətçiliyin tarixinin tədqiqi ilə yanaşı Azərbaycan dövlətçiliyi tarixinin də daha dərindən öyrənilməsinə kömək ola bıləcək ilk addımdır. Azərbaycan dövlətçiliyinin rəmzləri olan sərhədlər, hökmdarlar, dövlət xadimləri, şəhərlər, qalalar, saraylar, pul nişanları, bayraqlar, gerblər və s. haqqında məlumat əsərdə öz əksini tapmışdır.
Qiymətləndir