Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən buraxılan və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər” Siyahısına daxil olan “Azərbaycan Prokuroru” hüquq jurnalı artıq elmi məzmun və yenilik, o cümlədən forma və istiqamətlər baxımından tamamilə yeni bir fərqli istiqamətdə qurulmuşdur ki, burada da beynəlxalq elmi standartlar xüsusi olaraq nəzərə alınmışdır. Təqdim edilən elmi məqalələrdə, ilk növbədə, yenilik xarakteri ön plana çəkilməklə bərabər, praktika və nəzəriyyənin əlaqələndirilməsinə də xüsusi önəm verilir. Jurnalda dərc edilən elmi məqalələr antiplagiat proqramından keçirilir, redaksiya heyəti üzvləri və tanınmış mütəxəssislər tərəfindən müsbət rəylər verildikdən sonra çap edilir.
Qiymətləndir