Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyası. II Hissə

Açıqlama:

Kitab Azərbaycan Respublikasının 30 dekabr 1999-cu ildə təsdiq edilmiş və 1 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Cinayət Məcəlləsinin doktrinal şərhinin yenidən işlənmiş təkrar nəşridir. Təkrar nəşrdə Cinayət Məcəlləsinə 2018-ci ilə edilmiş əlavə və dəyişikliklər, keçən dövr ərzində toplanmış məhkəmə təcrübəsi, habelə oxucuların bir sıra tənqidi mülahizələri nəzərə alınmışdır. Kitab Respublikanın cinayət hüququ sahəsində tanınmış, görkəmli alimlərdən və bu sahədə təcrübəsi olan praktiki işçilərdən ibarət müəlliflər kollektivi tərəfindən yazılmışdır. Müəlliflər kollektivi Cinayət Məcəlləsinin maddələrinin şərhini verərkən cinayət hüquq nəzəriyyəsinin elmi müddəalarına əsaslanmış, Respublikanın qüvvədə olan qanunvericilik materiallarından, istintaq və məhkəmə təcrübəsindən istifadə etmişdir. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin 190–353-cü maddələrinin şərhini nəzərdə tutan kitabın 2-ci hissəsi hakimlər, prokurorlar, müstəntiqlər, vəkillər və başqa hüquq mühafizə orqanlarının işçiləri üçün tövsiyə edilir. Kitab cinayət hüququ sahəsində araşdırmalar aparan doktorantlar, cinayət hüququnun tədrisi sahəsində çalışan mütəxəssislər, habelə hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün dəyərli vəsait rolunu oynaya bilər.


Müəllif : Firudin Yusif oğlu Səməndərov
Nəşr tarixi : 2018
Yüklənmə sayı : 416

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir