Azərbaycan Respublikası cinayət və cinayət-prosessual məcəlləsinin, “Psixiatriya yardımı haqqinda” Ar Qanununun təkmilləşdırılməsinə dair bəzi mülahizələr - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №2 (2022)

Açıqlama:

Respublikamızda hüquq elminin qarşısında duran əsas vəzifələrindən biri milli qanunvericiliyi mütəmadi təkmilləşdirmək və beynəlxalq standartlara uyğun qanunvericilik bazasını formalaşdırmaqdır. Odur ki, dövlətimiz tərəfindən mütəmadi olaraq bu istiqamətdə müvafiq islahatlar həyata keçirilir. Bu baxımdan, digər hüquq sahələri ilə yanaşı cinayət və cinayət prosessual qanunvericiliyin də müasir tələblərə cavab verməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdən hesab olunur. Belə ki, ictimai münasibətlər daim inkişaf etdiyindən bu hal hüquq düşüncəsinin formalaşdırılması, qanunvericilikdə olan boşluqların və ziddiyyətli halların aradan qaldırılması ilə bağlı fəaliyyətin daha mütanasib şəkildə qurulmasını şərtləndirir. Əks halda, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normasının olmaması və yaxud qüvvədə olan eyni ictimai münasibətləri tənzimləyən normativ hüquqi aktların uyğunsuzluğu cinayət-hüquqi təcrübədə müəyyən çətinliklər yaradır.


Müəllif : Şamxal Kərimov - DİN-in Polis Akademiyasının Cinayət hüququ kafedrasının baş müəllimi, polis
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 6

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir