Azərbaycan Respublikası mülki hüququnda məhkəmə presedent hüququ - Azərbaycan Vəkili Jurnalı №6 (2015)

Açıqlama:

Azərbaycan Respublikasının müasir mülki hüquq nəzəriyyəsində presedent hüququnun tətbiqi (hüququn mənbələrindən biri olması) ilə bağlı vahid fikir mövcud deyildir. Azərbaycan Respublikasının mülki hüququnda presedent hüququna ögey münasibət, yaxud onun “qəbuledilməz” hesab edilməsi ənənəsi sovet hakimiyyəti illərindən miras qalmışdır. Bunun əsas səbəblərindən biri kimi “presedent hüququ” anlayışının qərb ölkələrinin hüququndan, dolayısı ilə burjua hüquq məkanından gəlməsi və orada tətbiq edilməsi göstərilirdisə, digər səbəblərindən biri kimi də, əslində “presedent hüququ” anlayışının dar çərçivədə təsəvvür edilməsi ilə izah edilməlidir. Sonuncu fikir bu gün də əksər hüquqşünas alimlərin baxışlarında müşahidə edilməkdədir.


Müəllif : Xamis Seyranov Hüquqşünas
Nəşr tarixi : 2015
Yüklənmə sayı : 49

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir