Azərbaycan Respublikasının əmək qanunvericiliyinin təkmilləşdirilməsinin bəzi məsələləri - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2023

Açıqlama:

Azərbaycan Respublikasının əmək qanunvericiliyi öz inkişafında uzun və mürəkkəb bir yol keçmişdir. İqtisadiyyatda baş verən dəyişikliklər əmək qanunvericiliyinin məzmununa, habelə onun sisteminə təsir göstərmişdir, çünki müvafiq normativ hüquqi aktlar iqtisadi münasibətlər, mülkiyyət münasibətləri və s. ilə sıx surətdə bağlıdır. Əmək münasibətlərini və onlarla bilavasitə sıx bağlı olan digər ictimai münasibətləri tənzimləyən əsas normativ hüquqi akt qismində 1 fevral 1999-cu ildə qəbul edilmiş və həmin ilin iyulun 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsi çıxış edir. Azərbaycan Respublikasının əmək qanunvericiliyi tarixində bu ikinci Məcəllədir. O, ölkənin sosial-siyasi, iqtisadi, dövlət quruluşunda baş verən köklü dəyişiklikləri əks etdirmiş, əmək münasibətlərinin və onlarla bilavasitə sıx bağlı olan digər ictimai münasibətlərin bazar iqtisadiyyatına, mülkiyyət formalarının müxtəlifliyinə xeyli dərəcədə uyğunlaşdırmağa imkan vermişdir. Məzmun baxımından qüvvədə olan əmək qanunvericiliyi ilə əmək münasibətlərinin və onlarla bilavasitə sıx bağlı olan digər ictimai münasibətlərin yetərincə tənzimləndiyini söyləmək mümkündür. Lakin AR ƏM-də olan qeyri-dəqiqliklərin, ziddiyyətlərin aradan qaldırılması, boşluqların doldurulması və s. qüvvədə olan əmək qanunvericiliyinin təkmilləşdirilməsini tələb edir. Bu məqalədə də məhz AR ƏM-də mövcud olan bəzi boşluqların doldurulması və ziddiyyətlərin aradan qaldırılması üçün əsaslandırılmış təkliflər irəli sürülür.


Müəllif : A.M.Qasımov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir