Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyinin sistemi -Nəqliyyat Hüququ jurnalı № 1- 2018

Açıqlama:

Məqalədə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin sistemi təhlil edilmişdir. Mülki proses dövlətdaxili mülki-prosessual qanunvericiliyinin və beynəlxalq hüquq normalarının birgə tənzimetmə predmetini təşkil edir. Mülki proses müxtəlif və çoxşaxəli hərəkətləri əhatə edir, lakin onların hər biri yekun məqsədə – konkret mülki iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin sistemi Konstitusiya, məcəllələr, qanunlar, Prezident fərmanları, Nazirlər Kabinetinin qərarları, beynəlxalq müqavilə və sazişlər daxildir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericilik sistemi beynəlxalq və dövlətdaxili normaların nisbəti məsələsində Respublikamızın tərəfdar çıxdığı beynəlxalq hüquqi normalara üstünlük verir. Həm Konstitusiya, həm Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, həmçinin digər qanunlarda müvafiq məsələ öz təsbitini tapmışdır.


Müəllif : Hüseyn Əsgərov - BDU, “Mülki proses və kommersiya hüququ” kafedrasının dissertantı.
Nəşr tarixi : 2018
Yüklənmə sayı : 20

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir