Azərbaycan Respublikasının cinayət hüququnda beynəlxalq cinayətlərin yeni növlərinin kriminallaşdırılmasına dair - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2023

Açıqlama:

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş hüquq islahatlarının müasir dövrün tələblərinə uyğun inkişafı, o cümlədən cinayətkarlığa qarşı mübarizə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi prosesi həyata keçirilir. Bu baxımdan cinayət qanunvericiliyinə daxil edilmiş transmilli cinayətlərlə bağlı normaların təkmilləşdirilməsi və bu normaların həm məzmunu, həm də tətbiqi təcrübəsi ilə bağlı problemlərin araşdırılması günümüzdə böyük aktuallıq kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 31 dekabr 2022-ci il tarixli müraciətində Azərbaycanın böyük ekoloji fəlakətlə, urbisidlə üzləşdiyini xüsusi olaraq vurğulaması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ekosid, urbisid və həmçinin mədəni irsi məhv etmə əməllərinin beynəlxalq cinayətlər kimi kriminallaşdırılmasının aktuallığını və zəruriliyini bir daha şərtləndirir.


Müəllif : Ş.T.Səmədova - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 14

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir