Azərbaycan Respublikasının cinayət hüququnda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətin problem məsələləri - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2021

Açıqlama:

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər beynəlxalq xarakterli cinayətlərdir. Bu sahədə mövcud olan üç Beynəlxalq Konvensiyaya (1961-ci il Narkotik vasitələr haqqında Vahid Konvensiya, 1971-ci il Psixotrop maddələr haqqında Konvensiya və 1988-ci il Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında Konvensiya) qoşulmuş Azərbaycan Respublikası onların normalarını 1999-cu il CM-in 26-cı (234-239-cu maddələr) fəslinə transformasiya etmişdir. Müəllif bu cinayətlərə görə məsuliyyət məsələlərinin daha da təkmilləşdirilməsini həm humanistləşdirmə, həm də məsuliyyətin sərtləşdirilməsi istiqamətlərində davam etməsini zəruri hesab edir. Məqalədə, Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətkarlığın vəziyyətinin müqayisəli təhlili də verilir.


Müəllif : Ş. T. Səmədova - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 14

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir