Azərbaycan Respublikasının qanunvericiliyində yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ: təşkilati və hüquqi təminatlar - Azərbaycan Prokuroru Jurnalı (APJ law journal) - 2022

Açıqlama:

Azərbaycan dövlətinin hüquq siyasətinin mühüm tərəflərindən biri, insan və vətəndaşın konstitusion hüquqi yardım almaq hüququnun təmin edilməsidir. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır ki, bu hüququn müdafiə sistemində rolu nəzərə alınmaqla ona dair təminatların qanunvericilik əsaslarının müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Bu mənada, məqalədə yüksək keyfiyyətli hüquqi yardım anlayışı, onun xüsusiyyətləri, normativ məzmunu, konstitusion əsasları və təşkilati-hüquqi mexanizmləri bu sahədə qəbul edilmiş beynəlxalq müqavilələrlə sıx qarşılıqlı əlaqədə təhlil edilir, Azərbaycan Respublikasında yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi sahəsində münasibətləri tənzimləyən qanunvericiliyin inkişafı və mövcud vəziyyəti müzakirə olunur, qanunvericiliyin tətbiqi zamanı yaranan müəyyən problemlər, onun təkmilləşdirilməsi ilə bağlı təkliflər, tövsiyələr və s. irəli sürülür. Yaşayış yerindən və ya digər hallardan asılı olmayaraq, hər bir vətəndaşa istənilən hüquqi məsələlər üzrə yüksək keyfiyyətli hüquqi yardım almaq imkanının təmin edilməsi istiqamətində qanunvericiliyin dəyişdirilməsi prinsipial əhəmiyyət kəsb edir.


Müəllif : Anar Bağırov
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 48

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir