Azərbaycan Respublikasında əcnəbilərin iştirakı ilə Mülki Prosessual icraatın əsaslar - Azərbaycan Vəkili Jurnalı №23 (2024)

Açıqlama:

cəsində məlum olmuşdur ki, Azərbaycan Respublikasında xarici şəxslərin hüquqlarının həyata keçirilməsi, onların iştirakı ilə icraatı və müdafiəsi mülki prosessual qanunvericilik, prosessual normaları nəzərdə tutan digər normativ aktlar, həmçinin digər dövlətlər və beynəlxalq təşkilatlarla bağlanmış beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Əcnəbilər öz mülki hüquqi vəziyyəti baxımından iki ölkənin qanunvericiliyinə tabedirlər. Eyni zamanda, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Diqqət yetirilən məqamlardan biri də odur ki, qanunverici xaricilərlə Azərbaycan Respublikasının vətəndaşları arasında tam bərabərlik rejimi müəyyənləşdirmişdir. Prosessual bərabərlik hər şeydən əvvəl ədalət mühakiməsinə müraciət imkanının təmin olunması məqsədinə xidmət edir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası qanunlarının və digər qanunvericilik aktlarının tələblərinə tabe olmalı, Azərbaycan xalqının adət və ənənələrinə riayət etməlidir. Azərbaycan Respublikasının beynəlxalq xüsusi hüquq və mülki proses sahəsində xarici şəxslərə milli rejim təqdim olunması kimi müasir ənənələrin dəstəklənməsi onun tərəfdar çıxdığı və iki tərəfli qaydada bağladığı müqavilələrdə özünü təzahür etdirir.


Müəllif : Mahurə Kərimova
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 17

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir