Azərbaycan Respublikasında elektron hökümətin inkişaf istiqamətləri və inkişafın beynəlxalq və yerli dəyərləndirmə meyarları - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №1 (2022)

Açıqlama:

Azərbaycan Respublikasında elektron hökümətin inkişafı istiqamətlərindən danışarkən mütləq şəkildə e-hökümətin formalaşdırılması sahəsində ilk normativ akt kimi “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlət Kabinetinin 14 may 2010-cu il tarixli, 136s saylı sərəncamını hesab etmək olar [1]. Sərəncama əsasən Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə fəaliyyət planı təsdiqlənmiş və faəliyyət planı üzrə əlaqələndirici orqan kimi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi müəyyən edilmişdir. Sərəncamda e-hökümətə belə anlayış verilmişdir: Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsi, əhali, biznes qurumları ilə, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi başa düşülür.


Müəllif : Ümman Ağamalıyev - AMEA-nin Hüquq və insan haqları institutunun dissertantı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Milli Aviasiya Akademiyasının müəllimi
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 0

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir