Azərbaycan Respublikasında gender bərabərliyinin və davamlı inkişafın qanunvericilik təminatları - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №3 2023

Açıqlama:

Məqalədə qeyd olunur ki, qanun gender bərabərliyinin təmin edilməsi ilə bağlı siyasətin müəyyən edilməsi və onun həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi vəzifələrini dövlətin üzərinə qoyur. Gender bərabərliyi problemlərini hədəfləyən dövlət proqramlarının qəbul edilməsi dövlətin həqiqətən də bu istiqamətdə tərəqqiyə olan marağını və iradəsini ifadə edir. Tərəqqinin əldə edilməsi bu cür proqramların qəbul edilməsi ilə yanaşı onların nəzərdə tutulan hədəflərə müvafiq qaydada həyata keçirilməsini, dəyişən mühitə uygunlaşdırılmasını və yenilənməsini də tələb edir. Məqalədə qeyd olunur ki gender bərabərliyinin təmin edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məlumat təqdim edir.


Müəllif : Ə.Q.Məmmədov - Bakı Dövlət Universiteti A.E.Qibləliyeva - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 11

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir