Günümüzün hüquqi reallıqlarına əsaslanaraq qeyd etməliyik ki, hüquqi yardım almaq hüququ ilə əlaqədar məsələlərə həm nəzəri‐metodoloji, həm də elmi‐empirik aspektlərdən aydınlıq gətirməyə, bəzi məsələlərini isə zamanla yenidən aydınlaşdırmağa ehtiyac vardır. Təklif olunan tematika üzrə mövcud elmi əsərləri diqqətlə analiz etdikdə məlum olur ki, hüquqi yardım almaq hüququnun qanunvericilik tənzimi, onun realizə olunma xüsuiyyətləri, müdafiə və mühafizə məsələləri hüquq elminin müxtəlif yönlü nümayəndələrinin daimi diqqətində olan məsələlər sırasındadır
Qiymətləndir