Azərbaycan Respublikasında hava məkanının hüquqi rejimi institutunda lazımi səviyyədə tədqiqatlar aparılmadığı üçün nəzəri və praktiki baxımdan çoxsaylı boşluqlar mövcuddur. Bu məqalədə aparılmış elmi-tədqiqatın nəticəsi olaraq, belə elmi-nəzəri və praktiki nəticəyə gəlmək olar ki, müstəqil dövlətin hava məkanının hüquqi rejimi - özünün hava məkanı üzərindəki hüquqlarını müəyyən edən, onun istifadəyə verilməsi və hava hərəkəti qaydasını, hava gəmilərinin, onların heyət üzvlərinin və sərnişinlərin hüquqi statusu ilə bağlı dövlətin hüquqlarını müəyyən edən hüquqi normaların toplusudur
Qiymətləndir