Azərbaycan Respublikasında məcburi sosial siğortanın tarixi inkişaf mərhələləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №3 (2022)

Açıqlama:

Tarixən müsəlman dünyasının tərkib hissəsi olan Azərbaycanda dövlət və sosial həyatın digər sahələrində olduğu kimi sosial müdafiə ilə bağlı məsələlər də əsasən şəriət qanunları ilə nizamlanmış və bu qanunlar müsəlmanın xüms, zəkat, fitrə kimi ictimai əhəmiyyətli yardım öhdəliyini müəyyənləşdirmişdi. Digər tərəfdən qeyd olunmalıdır ki, hazırda qərbi Avropa ölkələrində sosial sığortanın formalaşmasının əsaslandığı Bismark, Beveridc və ya Skandinav sosial təminat sistemi modellərindən fərqli olaraq, Müstəqil Dövlətlər Birliyi (“MDB”) təşkilatı ölkələrində, o cümlədən Azərbaycanda sosial sığortanın inkişafında tarixi baxımdan çar rusiyası və daha sonra sovetlər Rusiyası dönəmində mövcud olan sosial sığorta sisteminin (“sovet modeli”nin) təsirinin mühüm olduğu qeyd olunmalıdır.


Müəllif : Kamran Ağamoğlanov - Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının qiyabi doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 6

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir