Azərbaycan Respublikasında milli maraqların təmin edilməsi informasiya təhlükəsizliyi kontekstində - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №3 2019

Açıqlama:

Tarixi dönəmin bütün mərhələlərində olduğu kimi, o cümlədən müasir dövrümüzdə də hər bir dövlətin qarşısında duran əsas öhdəliklərdən biri milli maraqlarının maksimal dərəcədə təmin olunmasına yönəlmişdir. Bu cəhətdən KİV təbliğat və təşviqat imkanları baxımından ölkələrin daxili siyasətində önəmli rol oynamış və oynamaqda davam edir. Dövrün reallıqlarına uyğun olaraq hər bir ölkə öz milli təhlükəsizliyinin effektiv təşkil edilməsi üçün medianın fəaliyyətindən səmərəli istifadə etməyi bacarmalıdır. Məlumdur ki, KİV insanlara, ictimai rəyə ciddi təsir etmə mexanizmlərinə malikdir. Bu təsir xarici ünsürlərin və düşmən qüvvələrin fəaliyyəti nəticəsində hər bir xalqın milli maraqlarına ziyan vura bilər. Məhz buna görə müharibə vəziyyətində olan respublikamızda təhlükəsiz informasiya məkanının yaradılması üçün informasiya siyasətinə xüsusi diqqət yetirilmiş, bu sahə ümummilli maraqlarımızın təmin edilməsinin əsas istiqamətlərindən biri kimi hər zaman dövlətin himayəsində olmuşdur. Eyni zamanda dövlət və media əlaqələrinin liberal-demokratik dəyərlər üzərində qurulması da milli maraqlarımızın təmini baxımından müstəsna rol oynamışdır.


Müəllif : X. Niyazov - AMEA Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 14

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir