Azərbaycan Respublikasında vətəndaşlıq hüququnun inkişafina beynəlxalq hüquq normalarının təsiri - Azərbaycan Hüquq Jurnalı. 2021 (№1)

Açıqlama:

Məqalədə Azərbaycan Respublikasında vətəndaşlıq hüququnun inkişafına beynəlxalq hüquq normalarının təsiri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi əsasında geniş təhlil edilir. Qeyd edilir ki, vətəndaşlıq məsələləri sahəsində beynəlxalq hüquq normalarının dövlətdaxili realizəsi daim təkmilləşməlidir. Bu proses həm normativ-hüquqi, həmçinin institusional səviyyədə aparılmalıdır. İlk növbədə, qəbul edilən bütün normativ hüquqi aktlar tam şəkildə insan hüquq və azadlıqları ruhunda əks olunmalıdır. Hər bir dövlət orqanının fəaliyyətində də vətəndaşların hüquqlarının müdafiəsi prioritet məsələ olmalıdır. Bunun üçün dövlət orqanlarının təsis aktlarında da müvafiq dəyişikliklər həyata keçirilməli, burada insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasıının bütün sferaları tam əhatə edilməlidir.


Müəllif : Əsmər Pənahova - Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 22

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir