Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayət işləri üzrə istintaq təcrübəsinin beynəlxalq hüquqi normalara uyğunluğu - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalın 2-ci nömrəsi 2021

Açıqlama:

Azərbaycan Respublikası dünyada müxtəlif dövlətlərdən ibarət beynəlxalq təşkilatların üzvü olmaqla insan hüquq və azadlıqlarının təminatçısı olan bir çox konvensiyalara qoşulmuşdur. Respublikamızın belə bir təşkilatların üzvü olması onu həmin təşkilat tərəfindən qəbul olunan beynəlxalq standartların, qərarların və həyata keçirilən proqramların tələblərinə riayət etməyə və beynəlxalq hüququn normalarına uyğun milli qanunvericilik sistemini forma laşdırmasına yönəldir. Digər dövlətlər kimi Azərbaycan Respublikası da dövlətin qanunlarının beynəlxalq hüquqa uyğunluğunu təmin etmək məqsədilə bir çox sahələrdə islahatlar aparmışdır. Həmin islahatların keçirilməsini zəruri edən sahələrdən biri də yetkinlik yaşına çatmayanların hüquqlarıdır.


Müəllif : Emil Qədimov Bakı şəhər prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin böyük prokuroru ədliyyə müşaviri
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 23

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir