Azərbaycan Respublikasinin qanunvericiliyində ekoloji cinayətlər - Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri jurnalı №57 2020

Açıqlama:

Müasir cinayət hüququnda ekoloji cinayət anlayışının məzmunu təhlil edilərkən, onun hüquqi təbiəti və səciyyəvi cəhətləri müəyyən edilərkən qadağan olunan davranışın ictimai təhlükəsi ilə yanaşı, bu əməllərin ekolojiliyi də nəzərə alınır. Ekoloji cinayətlərə dair müxtəlif məsələləri tədqiq edən müəlliflər arasında geniş yayılmış fikrə görə, cinayətin ekoloji xarakter daşıması bir sıra əlamətlər əsasında və ekoloji əhəmiyyətli davranış anlayışı nəzərə alınmaqla müəyyən edilə bilər. Bu və ya digər hüquq pozuntusunun ekoloji xarakter daşıması və ya onların ekoloji cinayətlərə aid edilməsi cəmiyyət ilə təbiət arasında qarşılıqlı əlaqələrin sosial və təbii qanunauyğunluğuna əsaslanmalıdır. Ekolojilik həm də dövlətin inkişafının səviyyəsini, insan fəaliyyətinin müxtəlif növlərini, elm və texnologiyaların vəziyyətini və digər amilləri əks etdirməlidir.


Müəllif : Ş. Ə. Hüseynova - Azərbaycan Milli Aviasiya Akademiyası
Nəşr tarixi : 2020
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir