Azərbaycan Xalq Cümhuriyyətinə qarşi Rusiyanın hərbi təcavüzü nəticəsində Ermənistan üçün təsis edilən “Ümumtanınmış” ərazi - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2023

Açıqlama:

Məqalədə, 1920-ci ildə Rusiyanın XI ordusunun hərbi təcavüzü nəticəsində süqut etdirilən Azərbaycan Xalq Cümhuriyyəti”nə (AXC) qarşı həyata keçirilmiş ərazi dəyişikliyinin beynəlxalq hüquq baxımından əhəmiyyətsizliyi təhlil edilir. Rusiyanın Azərbaycana hərbi müdaxiləsindən sonra Moskva hakimiyyəti tərəfindən Azərbaycanda törədilən çox sayda beynəlxalq cinayətlər Azərbaycan Respublikası üçün AXC-nin kontinuitetini əsaslandırması qeyd edilir. AXC-nin ərazilərinin, o cümlədən Zəngəzurun Ermənistana verilməsinin qanunsuz olması və bu anlamda həmin əraziyə münasibətdə Ermənistan üçün müasir beynəlxalq hüquq baxımından “dövlətlərin ərazi bütövlüyü” prinsipinin keçərli olmadığı əsaslandırılır. Bu gün mübahisəsi gedən ərazilərin delimitasiya və demarkasiyasının “Versal hüququ” ilə təmin edilməsi əsasları nəticəsi verilir və qeyd edilir ki, Azərbaycana münasibətdə “Versal hüququ” yalnız bir halda istisna edilə bilər. Əgər predmetini ərazi məsələləri də təşkil edən Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh müqaviləsi bağlanarsa, o halda Azərbaycan Xalq Cümhuriyyətinin də beynəlxalq hüquq subyektliyini əsaslandırmış “Versal hüququ” dayandırılmış ola bilər.


Müəllif : Ə.İ.Sadıqov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 11

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir