Azərbaycan ailə institutunun konstitusiya hüquqi statusu: kompleks təhlil

Açıqlama:

Dünyamız təbiət, insan və ailə təməli üzərində bərqərar olmuşdur. Buna görə də bu gün cəmiyyət, şəxsiyyət və dövlət üçün ailə qədər dəyərli, ailə qədər əhəmiyyətli və ailə qədər geniş təsir imkanlarına malik olan insan birliyi yoxdur. Ailə – yetkinlik yaşına çatmış kişinin və qadının öz arzularına və istəklərinə müvafiq olaraq, fizioloji və bioloji tələbatlarını təmin etmək, sevgiyə, məişət və təsərrüfat ümumiliyinə əsaslanan, kişi və qadın birliyi kimi ailə yaratmaq, dünyaya uşaq gətirmək, övlad sahibi olmaq məqsədilə tərəflərin könüllü razılığı və bərabərliyi əsasında təsis olunan, dövlətin xüsusi himayəsində olan, cəmiyyətin özəyini təşkil edən və dövlət tərəfindən müəyyən edilmiş prosedur qay-dalara əməl etməklə müvafiq icra hakimiyyəti orqanlarında rəsmiləşdirilən nikah əsasında yaranan insan birliyidir.


Müəllif : Səidə Həsənzadə
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 603

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir