Ölkədə konstitusionalizmin nəzəriyyə və praktikasının müasir inkişaf mərhələsi sosial‐hüquqi dövlətçilik ideyasının tanınması və həyata keçirilməsi ilə səciyyələnir ki, bu da funksional olaraq bütün ictimai‐siyasi institutların demokratik inkişafına yönəlmişdir. Konstitusion quruculuğun strategiya və taktikasının başlıca məqsədi “əsas qanun”-da təsbit olunmuş siyasi, hüquqi, iqtisadi və sosial məqsəd və dəyərlərin əldə olunması istiqamətində konstitusion‐hüquq münasibətləri subyektlərinin bütün hərəkətlərinin sistemləşdirilməsi və koordinasiyasından ibarətdir.
Qiymətləndir