Azərbaycan vəkilliyinin inkişafı bir neçə tarixi mərhələdən keçib. 10 fevral 1828 ci ildə Rusiya Imperiyası ilə Qacar (Məmləkəti Məhrusi Qacar) İmperiyası arasında bağlanan Türkmənçay müqaviləsi Azərbaycan adlı məmləkətin şimal və cənub hissələrə bölünməsinin təsdiqi və sonu oldu. Bu müqavilədən sonra Araz çayı sərhəd olmaqla Azərbaycanın şimal ərazisi Rusiya İmperiyasının, cənubu isə həmin dövrdə Qacar İmperiyası, 20 ci əsrin əvvəllərindən isə İran adlanan dövlətin idarəçiliyinə keçdi.
Qiymətləndir