Azərbaycanın taleyini və siyasətini keçdiyi ömür yolu ilə dəyişən, şanlı tarix yazan, hüquqi və dünyəvi dövlət quran Heydər Əliyev - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalı - Xüsusi buraxılış 2023

Açıqlama:

Ulu Öndər Heydər Əliyevin keçdiyi ömür yoluna nəzər salsaq, bu tarixi dəyişdiyi, torpaqlarımızın mövcud sərhədlər daxilində qorunub saxlanmasında, ana dilimizin rəsmi dil kimi formalaşmasında, milli dəyərlərimizin və adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsində, milli kadrların yetişdirilməsində, ordu quruculuğunda, bir millətin, xalqın formalaşmasına səbəb ola biləcək bütün sahələrin inkişafında misilsiz və birinci dərəcəli xidmətləri olmuşdur. Belə ki, Ulu Öndər Heydər Əliyev keçdiyi ömür yolu ilə yeni bir şanlı tarix yaratmış, misilsiz fəaliyyəti gələcək nəsillərə bir nümunə olmuş, gərgin və fasiləsiz əməyi nəticəsində xalqımız yuxarıda sadaladığım hallara məruz qalmamış və bir daha məruz qalmaması üçün özünün zəngin ideya və təcrübələrini xalqına ötürmüş, keçmiş tarixi daim öz çıxışlarında xatırlatmış, hakimiyyətinin bütün mərhələrində maarifləndirici istiqamət götürmüş və xalqın gələcək həyatına, yoluna işıq salmışdır.


Müəllif : Tural Nəbiyev Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 19

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir