Azərbaycanda əcnəbilərin hüquqi statusunun normativ tənzimlənməsinin tarixi aspektləri - Azərbaycan Hüquq Jurnalı. 2021 (№2)

Açıqlama:

Azərbaycanın hüquq tarixi çərçivəsində əcnəbilərin hüquqi vəziyyətinə dair məsələ indiyə qədər bilavasitə araşdırma obyektinə çevrilməsə də, ölkəmizin tarixi təkamülünün müxtəlif mərhələlərində rast gəlinən tarixi qaynaqların və hüquqi mənbələrin məzmununda bu problemin müxtəlif təzahürləri ilə qarşılaşmaq mümkündür. Məqalədə Azərbaycan hüdudlarında əcnəbilərin hüquqi statusu probleminin qədimlərdən indiyədək olan vəziyyəti araşdırılır, onun normativ təzimlənməsinin dərəcəsi aydınlaşdırılır və bu zaman müvafiq hüquqi aktlarda əcnəbilərlə bağlı müəyyən edilmiş normaların səciyyəvi cəhətləri təhlilə məruz qalır. Tarixilik, müqayisəlilik, obyektivlik və sistemli yanaşma metodlarından istifadə olunmaqla tarixi-hüquqi faktların mahiyyətinə nüfuz edilir, bu problemlə bağlı müxtəlif tarixi dövrlərdə baş vermiş hüquqi proseslər arasındakı əlaqələr açılıb göstərilir.


Müəllif : Xəyyam İsmayılov - h.e.d., BDU-nun Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının professoru
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 20

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir