Tarixən Azərbaycandakı QHT-lər üçün əsas gəlir mənbəyi xaricdən gələn vəsait olub. Lakin, 2014-2017-ci illər ərzində xarici maliyyəyə çıxışa ciddi maneələr yaranmışdır. Bunun nəticəsində, qeydiyyat məsələlərində QKT-lərlə müqayisədə biznes üçün daha az məhdudiyyətlər olduğunu nəzərə alsaq, bəzi qruplar QKT yaratmaqdansa biznes təşkilatı yaradıb ənənəvi qeyri-kommersiya fəaliyyəti göstərməyə başlayıblar. Lakin bu materialda biz biznes üçün hüquqi mühitin xüsusiyyətlərini deyil, yalnız QKT-lərə aid qaydaları müzakirə edirik.
Qiymətləndir