Azərbaycanda ailə mübahisələri üzrə mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin icrası ilə əlaqədar problemlər və həlli yolları - Azərbaycan Vəkili Jurnalı №23 (2024)

Açıqlama:

Bu məqalədə müəllif Azərbaycanda məhkəmədənkənar mübahisələrin həlli yolu olan mediasiyanın ictimai münasibətlərdə rolunu, onun tənzimlənməsini, hüquqi boşluqları və ümumiyyətlə bu institutun səmərəliliyini təhlil etmişdir. Bu yazıda mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin hüquqi əqd olaraq xüsusiyyətləri, onun məhkəmə icraatı zamanı əldə olunmuş barışıq sazişi və notariusda bağlanılan sazişlərlə oxşar və fərqləndirici cəhətləri də araşdırılmışdır. Müəllif belə qənaətə gəlmişdir ki, qanunvericilikdə mediasiya prosesində əldə edilmiş barışıq sazişi hərtərəfli tənzimlənmədiyi üçün, onun mahiyyəti və faydaları üzə çıxarılmamışdır. Halbuki, Azərbaycanda mediasiya insitutu bir növ məcburi qaydada implementasiya edildiyi səbəbindən, onun hüquq münasibətlərində möhkəm mövqeyi və hüquqi nəticələr yaratması gözlənilirdi. Təəssüf ki, bu gözləntilər həyata keçirilmədiyi üçün vətəndaşlar münbahisələrini yenə də məhkəmə yolu ilə həll etməyi daha üstün tuturlar. Məqalədə ailə mübahisələri üzrə sazişlərin könüllü icra edilməsində mövcud problemlər araşdırılmış və nəticədə aliment mübahisələrinə, ər-arvadın ümumi əmlakının bölgüsünə, uşaqların bir valideynlə xaricə getmələrinə dair mediasiya prosesində əldə edilmiş barışıq sazişlərinin hüquqi statusunu tənzimləyən qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsinə dair təkliflər verilmişdir. Təklif olunan dəyişikliklərin bir neçəsi Azərbaycanda boşanmış ailələrdə və yaxud valideyn öhdəliklərinin lazımınca yerinə yetirilməməsi üzündən uşaqların maddi sıxıntılarının qarşısının alınması, rifahının artırılması, aliment öhdəliyinin heç bir institusional əngəl olmadan həyata keçirilməsinə yönəlmişdir.


Müəllif : Günay Abasova
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 46

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir