Azərbaycanda insan hüquqlarının təminat mexanizmləri - Nəqliyyat Hüququ jurnalı 2023 №1

Açıqlama:

Məqalədə müəllif tərəfindən Azərbaycanda insan hüquqlarının təminat mexanizmlərinə dair məsələ elmi cəhətdən araşdırılır. İlk növbədə, Yer kürəsində ən ali və bəşəri dəyərlərdən biri olan insan hüquqlarına doktrinal kontekstdə yanaşılmasına təşəbbüs göstərilir. Qeyd edilir ki, dünyada insan hüquqlarının qorunması, müdafiəsi və təmin olunması universal, regional və milli (dövlətdaxili) səviyyələrdə yaradılmış hüquqi mexanizmlər vasitəsilə həyata keçirilir. Bu sahədə mövcud olan beynəlxalq hüquqi aktlara xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində milli hüquqi təminatlar mexanizmi aşağıdakı kimi fərqləndirilir: Konstitusiyada təsbit edilən təminatlar, qanunlarda və digər normativ hüquqi aktlarda təsbit edilən təminatlar, məhkəmə müdafiəsi təminatı və digər siyasi-iqtisadi, sosial-hüquqi təminatlar.


Müəllif : Mirzəyeva Leyla - Sumqayıt İnzibati Məhkəməsinin hakimi.
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir