Məqalədə Azərbaycanda qanunvericilik hakimiyyətinin təşəkkülünün tarixi mərhələləri nəzərdən keçirilir. Milli parlament institutunun tədqiqində tarixi yanaşma metodundan istifadə edilməsinin zəruriliyi əsaslandırılır, dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın qarşısında duran demokratik hüquqi dövlət quruculuğu vəzifəsinin uğurlu həllində müstəqil dövlətimizin qanunvericilik hakimiyyəti orqanı olan Milli Məclisin müstəsna rolu qeyd edilir, habelə qanunvericilik hakimiyyətinin təşəkkülü tarixinin təhlili əsasında Azərbaycanda nümayəndəli normayaratma, qanunvericilik təsisatlarının inkişaf mərhələləri fərqləndirilir
Qiymətləndir