Azad ticarət zonalarının beynəlxalq hüquqi tənzimlənməsində NAFTA modeli - Polis Akademiyasının Elmi Xəbərləri - Elmi Hüquq Jurnalı №2 2025

Açıqlama:

Müasir dövrdə dövlətlər arasında bağlanan azad ticarət zonalarına dair sazişlər beynəlxalq hüquqi münasibətlərin ən geniş yayılmış formalarından biri kimi çıxış edir. Bu cür sazişlər adətən struktur baxımından nisbətən sadə olsa da, onların hüquqi nəticələri dərin və çoxşaxəlidir. Məqalədə bu müqavilə formalarının hüquqi mexanizmləri NAFTA (Şimali Amerika Azad Ticarət Sazişi) nümunəsi əsasında təhlil olunur. NAFTA çərçivəsində formalaşmış azad ticarət zonasının idarəetmə orqanları, mübahisələrin həlli mexanizmləri, üzv dövlətlərin qarşılıqlı öhdəlikləri və bu mexanizmlərin Ümumdünya Ticarət Təşkilatının hüquqi sistemi ilə əlaqəliliyi hüquqi aspektdən analiz edilir. Məqalə azad ticarət zonalarının müqavilə-hüquq çərçivəsinin sistemləşdirilməsinə və onların beynəlxalq hüquq sistemindəki yerinin aydınlaşdırılmasına töhfə verməyi hədəfləyir.


Müəllif : Nicat Cəfərov
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir